23 Ocak 2017 Pazartesi

ANAM ÜRƏYİMDƏDİR


Məleykə simalı, möhtərəm iki anam,
Mən Zərəngiz qızınız, sizin balanızam.
Günəşli, aylı, ulduzlu, səmalı dünyam:
Mamam Məsumə xanım dünyaya gətirən,
Anam Güllü xanım ərisəyə yetirən.

Saniyəmdə, dəqiqəmdə ana düşünəndə,
Dübarə birlikdə həkk olursuz beynimdə,
Hər ikiniz yaşayırsız ürəyimdə.
Can əzizlərim, ayıra bilmirəm Sizi,
Balaya məhəbbətli mərhəmətinizi.

Sizi mən ananda, ömrümün hər anında,
Axan qanım şəffaflanır damarlarımda.
İsidirsiz anasız sızlayan qəlbimi,
Özümə qaytarırsız gənclik illərimi.

Minnətdaram Sizə, əziz müqəddəs anam,
Sizsiz mənə qaranlıqdır işıqlı dünyam.
Fələk çərxini fırlatsaydı keçmişlərə,
Bəxtiyar dövrana, analı illərimə.

Ana, Sizinlə dəyişdirərdim ömrümü,
Yaşamazdım həyatımda, anamsız günü.

1983-cü il. 

Hiç yorum yok:

Yorum Gönder