10 Ocak 2017 Salı

Ata Günəş, Ana Torpaq




Günəşin qüdrətli ata hərarəti,
Ana torpağın bar vermə məharəti,
Təbiəti dirildən suyun qeyrəti
Canlıların nəfəsi hava hikməti,

İlahidən həyat üçün olub rəva
İdeal türfə-Günəş, Torpaq, Su, hava
Bu varlıqlardan hansı biri olmasa,
Həyatda canlı yaşaya bilməz əsla.

Günəşdir bitirən, Torpaqdır yetirən,
İnci Su dirildən, Hava nəfəs verən
Bunlar vəhdətdə yaradır canlı həyat,
Bir canlı planetdir, bizim kainat.

1 yorum: