13 Ocak 2017 Cuma

Əzəmətlidir Vətənim



Əzəmətlidir Vətənim

Mənim möhtərəmim, ömur-gün vəhdətim!
Xəyalət aləmi, füsunkar vətənim!
Eşqinlə döyünür köksümdə ürəyim
Zəfərin sevincimdir, qəmin kədərim.

Günəşli gündüzüm, aylı axşamımsan,
Ulduzları sayrışan, mavi səmamsan,
Əzizim-anam, elim, obam, dünyamsan,
Torpağım, suyum, nəfəs verən havamsan.

Unudulmaz, sevimli müqəddəs, vətən!
Möhtəşəmsən ilahinin qüdrətindən!
Zəngin sərvətlisən çox əzəmətlisən,
Günəş də, ziynətindir şəfalısan sən!

Allah qorusun daim sən vətənimi!
Müdrik sərkərdəli, müstəqill dövlətini!
Zəfərli orduyla, zəkalı millətini,
Ölməz dahilər yetirən məmləkətini!

Qüdrətli, fəxrli, yüksək şan-şöhrətini,
Zəngin olan nemətli səltənətini,
Həm ölkələr arası səxavətini,
Düşməni tam məhv etmək məharətini!

O göydəki mələklər, sırdaşın olsun!
Səmada əsgərin, keşiyində dursun! 
Qismətin olmasın, nə tufan, nə boran,
Sarsıntı, nə qorxu, nə müdhiş həyəcan!

Başın üstündə dursun hər an, sayrışan,
Aylı, ulduzlu, şəfəq saçan asiman!
Torpağın çox bərəkətli, suyun, havan,
Saf, mavi səman nurlu olsun, hər zaman!

Bil, zəfərli qələbə sənin olacaq,
Kül olub düşmən, havaya sovrulacaq.
Özünə qayıdacaq gözəl Qarabağ,
Quduzlar çəngəsindən, o ulu torpaq.

Səndə olan əzəmətli varlıqları:
Saysız-hesabsız, uca sıra dağları,
Dağlar arası dərələri, çayları,
Əsrarəngiz şəlaləli aşrımları,

Seyrəngah aləm səfalı yaylaqları,
Mərcan gözlü sərin, çeşmə bulaqları,
Torpaq suvaran, vətənin qan damarı
Əyalət bəzəyi- Kürü, "Xan" Arazı,

Billür çeşməli, göy gözlü, güzgü üzlü,
Səfalı, adı "Göllər Şahı" Göygölü,
Xub-xumarlanan ahular məskənində
Maral gölü, çox uca dağ zirvəsində.

Altun xəzinəli, möcüzə Xəzəri,
Qədim, həm yeni memar abidələri,
Münbit torpaq altındakı sərvətləri,
Yeddi iqlimini, qartal qamətini,

İstədim bəyan edim ümman cahana,
Əzamətni bildirim, aləm dünyaya,
İlhama gələrək, qələmimi aldım
Vətənimi təsvir edən dastanı yazdım.

Vətənim, Azərbaycan mahlıdır:
Çox qədimdəndir, "Odlar Yurdu" adlanır.
Coğrafi görkəmi, uçan qartal kimi,
Xəzərindən zövq alan, məğrur Tərlandır.

Abşeron yarım adası, Qartal başı,
Xəzinədir, "Qara Qızıl"-lı çeşmədir.
Bakı uzaq görən gözünün bəbəyi,
Vətənin ürəyi, paytaxt şəhəridir.

Pirşağı, Bilgəh, Maştağa və Mərdəkan,
Buzovna, Zirə, Şüvəlan, Kürgan, Türkan
İstirahət, həm sağlamlıq ocağıdır,
Vətənim nur saçan, şəfa çırağıdır.

Xəzərin uzaq sahilində siması,
Sankı birləşib, asimanla səması.
Həzin, aramsız dalğaların sədası
Sahillə öpüşən ləpələr laylası,

İsti Günəşin şəfəq saçan şüası,
Sahilin düzənliyi, qumlu səhrası.
Xəyallar dəryasıdır, ömrün şəfası,
Düyğular aləmidir, cənnət dünyası.

Fırtınalardan, qasırğadan qoruyan,
Şimaldan başlayaraq, şərqə uzanan,
Mabədi, Xəzərdə qayalar yaradan,
Yan silsiləsi, Beşbarmaqla qurtaran,

O böyük Qafqazın, səmaya ucalan,
Şımal yüksək Şah dağı, buzlaqlı, qarlı.
Dik yamaclı, uçrum sıldırım qayalı,
Yanında, zirvəli Bazar düzü dağı,

Baba dağ, Ilxı dağ, üç qola ayrılan
Abşerona çatan dağ, Dübrar dağları,
Qartalın sol qoludurlar, sol qanadı
Xəta-bəladan qoruyan xilaskarı.

Bu böyük Qafqazın yan silsiləsinin,
Alp çəmənləri, yam-yaşıl meşələri,
Saysız-hesabsız heyvanlar, quş növləri,
Təbii sərvətdir, vətənin bəzəyi.

Cənubi şərqdə Xəzərilə birləşən,
Bir-birilə perpendikulyar kəsişən
Görkəmi şahmat taxtasına bənzəyən
Dərələri yaradan beş silsilədən,

Nisbətən zirvəli, Qızlar yurdu dağı,
Meşəsi sehirkarlı, Talış dağları,
Bütövlüklə Lənkəran sahə dağları,
Ovalığı, Salyan düzü, Muğan düzü.

Qızıl Ağac gurdu, Qızıl Quş qoruğu,
Lənkəran cənubunda Qırgan qoruğu,
Qartalın sağ qoludurlar, sağ qandı
Xəta-bəladan qoruyan xilaskarı.

Meşəsi dəmir ağac, quşlu pələngli,
Mülayim iqlimli, isti rütubətli.
Subtropik-meyvələr mənbəyi, al-əlvan,
Qiymətli nemətlər sərvətli, Lənkəran.

Qərbdən cənuba tərəf kiçik Qafqazın
Gənc maralın pöhrə verən buynuzu tək,
Biri alçaq təpəli, o biri yüksək
Uca sıra dağların görnuşu nəhəng,

Şah dağı, onun davamında Murov dağı,
İki başlı Hilal dağı, həm Pant dağı,
Keçəl dağ, Şəkər Bəy dağı, Qoşqar dağı,
Qarabağın kəsişən sıra dağları.

Çaxmaq, Sağsağan, Oxaxpyur həm Mıxtökən,
Dağların arası Qarabağ yaylası,
Qartalın dayaqları, ayaqlarıdır,
Göyçə dağı ilə Zəngəzurun dağı,

Bərgüşad, Mehrigüney sıra dağları,
Vətənim qartalımın caynaqlarıdır,
Qərbindən, şimali-şərqindən qoruyan
Naxcıvanın tam mühafizəkarıdır.

Böyük Qafqazın cənub ətəklərinin,
Kiçik Qafqazın da cənubi-şərqinin,
Talış dağları Lənkəran sisteminin
Aralarında qalan qərb sərhəddindən

Şərqə uzanaraq Abşerona çatan,
Ardıcıl olan, sıra ilə yurdlaşan
Qərbdən şərqə, Ceyran çölü, Qarayazı,
Maral düzü, həm Kür-Araz ovalığı

Qarabağ düzü, Şirvan düzü, Mildüzü
Çaylar arası dərələri, gölləri
Ağ göl, Sarı su, Hacıqabul gölləri
Çox düzlərlə kəsişən silsilələri

Ləngəbizi, Harami, Mişov dağları
Ələtin tirəsi və Qobustan dağı
Bəzəkli turacla, dovdaqlı meşələr
Kiçik- alçaq təpələr, çalalar, düzlər


Çox cazibəli, nadir memar ahəngli,
İçəri şəhərdə Şirvanşahlar evi.
Bakıdakı əfsanəvi Qız qalası,
Suraxanı "Atəşgah" ibadətgahı.

Millətinin dərdilə alışan, yanan
Üsyankar poeziyası, yandıran, yaxan.
Dahi Ələkbər Sabir Tahirzadəni,
Yad edən Yeddi kümbəzli abidəsi.

Sınıq Qala məscidinin minarəsi
Qala divarı, darvazalı qülləli,
İbrahim xanın qalası, Pənah xanın
Körpü, hamamı, memarlı imarəti,

Füzuli ətrafında, yaxın obası,
Sığınacaq qədim insanlar yuvası.
Divarları ərpli Azıx mağarası,
Kümbəz məqbərəsi Əhmədalıdakı

Yezid-abad qalası Naxcıvandakı,
Ata-baba Möminə-Xatun kümbəzi,
Siyəzəndə Gilgil çay astanasında
Hərbi memarlı, Çırax qala, qalası,

Divarı dik zirvəli, on üç qülləli,
Qala, sıldırım qayalar əhatəli
Olduğundan, İsgəndər ala bilmədi,
Nəhəng, sırf hərbi memarlı abidədi.

Dünya durduqca keçəcək illər, əsrlər,
Bu görkəmli əfsanəvi abidələr,
Vətənimin qədimliyindən bəhs edəcək,
Saf, möhtəşəm varlığını göstərəcək.

Quruda çeşməli buruqlar meşəsi,
Dənizində Neftdaşlarının çeşməsi,
"Qara qızıl" fantan vurur, guruldayır
Yağı düşmənlər canına lərzə salır.

Gəncə yaxınlığında laylardan çıxan,
Şəfası dünyada birinci yer tutan.
Min bir dərdə dərman olan Naftalan,
Misilsiz ziynət, bəxş olunub Tanrıdan.

Qara-qırmızı kürülü nadir nemət,
Qızıl, ağ balıqlar, dərdlərə dərman tək,
Daim dalğalı dəniz, mavi Xəzərin
Altunlu sərvətidir xəzinəsinin.

Çox zəngin tərkibli, Hidrogen Sulfidli,
Lap Lənkəran, Masallı, Astara tipli
Yel dərdinin dərmanı, şəfa ocağı
Dəniz sahilində, Şıx, mədən bulağı.

Boyük Qafqazın ətraf yamaclarında,
İlisu, Xalxal, Bum, Qonaqkənd, Qubada
Mədən suları, həm vulkan palçıqları
Həyata qaytarır zəlil insanları.

Dəstəfur, Daşkəsən yer-lay suxurları,
Kobaltlı, Dəmir filizi yataqları
Zəylik yatağı, həm Alunit dağları
Kəlbəcər filizi, kükürd kolçedanı

Mis, Maqnezium, Xrom, Manqan metalları,
Naxçıvanın bol mərgümüşü, kükürdü.
Bozalt, mərmər tək inşaat əşyaları
Faydalı çöküntü dadlı daş duzları.

Badamlı, Sirab tək, mineral suları
Balakənddə Qurğuşum, Sink yataqlarl
Nadir Titan, Vanadium metalları
Ziynətilə zəngindir vətən torpağı.

Ey əzizim, körpə müstəqill vətənim!
İllər keçib, böyüdükcə sərbəstliyin
Qabaqcıl aparıcıya çevriləcəksən
Ölkələrin önündə, Sən gedəcəksən!

Yaşa! Sən ey Vətənim, durduqca dünya!
Kainat qoynunda, bol əsrlər boyunca.
Bayrağın dalğalansın daim vüqarla
Zövqlə yaşasın xalqın, tam iftixarla!

Səməd Vurğun, İsmayıl Şıxlı kimi
Dahilər yetirən, Qazax mahalını
Üç dövlət ayrıcı, xallı, xalçalı
Məskənim Qazağımı, qorusun Tanrı.

1990-cı il.

Hiç yorum yok:

Yorum Gönder