Mənalı,
maraqlı, olmaqçün yaşam həyatı,
ALLAH hər şeyi müxtəlif, mürəkkəb yaratdı.
Varlıqlar eyni deyil, müxtəlifdir yaraqlı,
Heç bir şey sadə deyil, mürəkkəbdir,
maraqlı.
İlahi əksliklər
qanununa əsaslanıb,
İnsanları fərqlənən ruhlarilə yaradıb.
Müxtəlifdir beyin hüceyrə xassələri,
Nadir, dərin, dayaz, səthidir düşüncələri.
Əgər insanlar eyni ruhda yaransaydılar,
İnkişafçün tələbat iflasa uğrayardı.
Odur ki, hər sahədə
tərəqqini yaşadan,
Müxtəlif düşüncəni mütləq
secib, Yaradan!
Sahələrdə çalışır
müxtəlif mütəxəssis-
Müəllim,
həkim, hakim, yazar, memar, mühəndis,
Rəssam, rejissor,
aktyor, mühasib, ekonomist,
Fəhlə, xadimə, hərbçi, dənizçi, jurnalist...
Bünları İlahi bir-birinin öz əksilə
Yaradıb.
Ona görə həyat mübarizələr meydanı
Adlanıb.
Bəziləri
mərddir, o biri namərddir haqsız,
Biri istedadlıdır, o biri istedadsız,
Kimi vicdanlıdır, o
biri tamam viçdansız,
Barışmır,
Ədalətsiz
günahkarla, ədalətli günahsız.
Həqiqət belədir:-
Nə etməli, heç kim yaratmayıb öz-özünü,
İlahi yaradıb hər bəndəsinin özünü.
Hər kəs, Allah vergisi, öz ağlilə düşünür,
Hərə özünü haqlı bilir, öz
hökmnü sürür.
Bir-birindən fərqli düşüncələr yürüdülür,
İnciklik, nərazılıq cəmiyyəti bürüyür.
Həqiqi gerçəkliklər çevrilir hərcmərcliyə,
Başlayırlar mübahisəli-mübarizəyə...
Əks ruhlu
insanlar ömrü boyu şikayətlə
Gileylənir,
Dözə bilmir
bir-birini yaramaz, günahkar
Bilir.
Kimdir günahkar münaqişəli
incikliyə?
Zamanmı?
Ya dövranmı?
Hökmdarmı?
Yoxsa, özü şikayətci olan
İnsanlarmı?
Hec kim deyil günahkar,
İlahinin
öz qanunu var.
Acı-şirin
əkslik olmasa,
Yaşam
həyat, mənasız olar.
Hər bir insanın kimliyindən aslı olmadan,
Varlığının
qadir olduqu qabiliyyəti,
Özünün hünəri deyil, İlahi vergisi,
Beyinin
hüceyrə xassə fəaliyyətidir.
Kimsə, öz hünərilə əldə edə bilərmi,
Hər
hansı bir istəyi?
Qartaltək,
qanad çalıb zirvələrdə süzməyi,
Yada
kı, balıq olub dəryalarda üzməyi?
Yoxsa,
beyin hüceyrə xassə fəaliyyəti,
Əldə
etmək olmaz hansı bir nailiyyəti
İlahi vergisi-ağıl, düşüncə olmadan,
İstəyini əldə edə bilməz heç bir insan!
Beyin
hüceyrələrnin xassə məhsulu olan,
İlahi vergisitək, baş-beyində yaranan,
Şüur,
ağıl- dərrakə+düşüncə, idrak, zəka
Məfhumlarının bütöv məcmuu,
İnsanların ruhudu.
“Alın
yazısı”, Ruhla, tale-bəxtin, qismətin
Məcmuudu...
“Alın
yazısı”dır Tanrı yazan,
İnsan həyatında tale-bəxt, qismət sayılan,
Silinməzdir alından.
İnsanlar öz Ruhu ilə idarə olunur,
“Alın yazısı” ilə həyatda mövqe tutur.
Ruh məfhumu
ağıllar-
Olurlar:-
Müxtəlif
düşüncəli-
Nadir,
dərin, dayaz, səthi.
“Alın
yazısı” məfhumları -
Talelər-
Mərd, namərd, zirək, ləng
Fəaliyyətlidirlər.
“Alın yazısı”nda
verilir,
Ağılla
talein birgə
Vəhdəti,
Onların
bəhrəsi,
Tale
qisməti.
Ağıl
düşünür,
İcra
edir.
Tale icranı fəaliyyətilə
Yerinə yetirir.
Ya, xeyir verir, ya şər gətirir.
Nəticədə, talenin adına-
Xeyirxah, xoşbəxt
Ya, bədbəxt deyilir!
Ağılların icrasını namərd tale,
Tərsinə çevirir, zəhməti itirir,
Xeyir yox, bədlik
Gətirir.
Cəld tale olur fəaliyyətdə-
Zirək.
Tənbəl tale fəaliyyətində,
Ləng.
Ağıl yeni-yeni icralar-
Düşünür,
Tənbəl tale fəaliyyətində-
Sürünür.
Taleyi namərd
olan
Bədbəxtlərin bacarığı, gücü, dözümü,
Əvəz edir xoşbəxt talelərin özünü.
Ruhun idrak, iradə, səbr məfhumları,
Yüksək fəaliyyətilə yaşadır talei
Bədbəxt
olanları.
Ömür illərində
insanın,
Öz
tale qisməti, var!
Hər yaşın,
Uşaq, gənc, cavan, ahıl,
Qocanın!
Zamanında
Zəhmətlə
çalışanlar,
Tale qismətlərinə
Nail olarlar...
İlahidən
verilir məsləhət:-
Səndən
hərəkət, məndən bərəkət!
Mübarizə edərsən-qələbə
Görərsən!
Zəhmət
çəkərsən, barın dərərsən!
Müdrükləşərsən!!!
Çətin əzablara sinə gərməsən,
Mənalı həyatı əldə etməzsən.
İlahi
elmi mütləq bilir, hər yaratdığı-
İnsana.
Zəhmət
çəkib, çalışıb, oxuyub bilik alıb,
Savadlı olmağa.
Ruhun idrak məfhumunun məhsulu,
Neməti, barı-elmi bilikdir.
Odur
sehirli sirlərin qıfılının
Açarı,
Yaşam həyatında ali mədəniyyət
Bağının
bağbanı.
Elmdir insan ömrünün altunlu çağı,
Var-dövləti,
dəyəri, şöhrəti- şanı.
Təbii varlıqlar, bütün olanlar, hər nə
var,
İnsanlara
məxsusdur, tək varislərdir onlar,
Sirləri
öryənməyə necə, nə cür, haradan,
Şüurlu insanlara şamil edib yaradan.
Bağlı
qıfılı açarsız necə açsın insan?
Sirlərin
açarı- elmi biliyi olmadan?!
“Qurani Kərim”də yazılan
İlahi kalamı
“Altmış gün İbadət edənlərə,
Bir saat elmi biliklə mütaliə
Müjdəsi-Peyğəmbərdən!
Yeganə zəruri
yoldur maariflənmə,
İnsanlara savadilə kamilləşmə...
Maariflənmə hər tərəfli kamillikdir
Mədəniyyət-
insanlıqla, maariflikdir!
Kamil-kamallı savaddır,
Mədəniyyətin
memarı...
Ünsüyyətdə, davranışda,
Mədəniyyətin meyarı.
Elmi bilikdir
hər dərdlərin əlacı, dərmanı,
Sağlamlıqla, kamil bilikdir, insan
kapitalı.
İnsanların
elmi biliyi-
“Ata Günəş”, “Ana Torpaq”,
Saf Su və Hava kimi
Zəruridir !
Məhz, həqiqət belədir!
İdeal insan yaratmır
yaradan,
Məhəbbətə,
həm nifrətə qabildir
Hər
bir yaranan.
Hamıda mövcuddur təbii nöqsan,
Qəzəbindən nifrətlə qəddarlaşır,
Olmayanda, vəfa,
ədalət, vicdan .
21. 1. 2015-ci il.
Hiç yorum yok:
Yorum Gönder