13 Ocak 2017 Cuma

Müdrik Düşüncələr


İlahidir hökümdar varlığa kainatda
onun qüdrətilədir hadisələr həyatda

Olmasa torpağın ana bətni,
Yaranmaz nemətlər, nə bir bitgi.

Ana torpaq məharəti,
Ata günəşlə bağlıdır.
İsti Günəş hərarəti,
Canlıların varlığıdır.

Susuz aləm quruyar, olar cəfadarlıq,
Susuz yaşaya bilməz heç bir canlı varlıq.

Olmasa təbiətdə oksigenli hava,
Canlılar boğular, yaşam olmaz bir daha.

Dünyasını dəyişmək, faciəli müsibətdir,
Həyatın davamı üçün mühüm zəruriyyətdir.

Olmasaydı kainatdan
Keşikçi Günəş qocaman
Olmaz Çürüyən, uyuyan
Bitgi, heyvan, nə bir insan.

Təbii dinamika təkrarlanır,
Gün, həftə, aylar, fəsillər dolanır.
Qərinə, əsrlər üst-üstə toplanır,
Sonsuzluqdan sonsuzluğa uzanır.

Allahın bəndəsi hər nadir insan
Qabildir, qadirdir, sonra Tanrıdan.

İnsanın Ağlı
Dərin düşüncədir ağlın kəmalı,
Onunla ölçülür insanın ağlı.

Düşündükcə düşüncələr içində,
Dürr seçərsən, incilərin içində.

Beyində düşünən hər insan ağlı,
Onun taleində- "Alın yazısı"

Dostunu düşməndən, yaxşını pisdən,
Düz seçə bilərsən dərin düşünsən!

İnan
Əyrini əyri, düzü düz, görərsə hər kəs,
İnan, nə yalan, nə böhtan var ola bilməz!
Zərəngiz Şıxlı,                 16.01.2015-ci il

Hiç yorum yok:

Yorum Gönder