28 Ocak 2017 Cumartesi

Əməkdar müəllimə, ziyalı bacım

Əməkdar müəllimə, ziyalı bacım


Bacim- ruhum, cismanimda varliğım,
Qeyratli balasisan, ata-anamin
Əməkdar müəllimə, ziyalı bacım, 
Kaş ki, sən yox, öləydim mən, kiçik bacın.

Əzabların, yaddaşımdan silinməyir, 
Yaşam çətinliklərin, düşüncəmdədir, 
Çəkdiyin əziyyətlər, qəlbimi didir 
Atasız, zülümlərlə, böyüyən bacım 

Qızından uzaq düşən, ruhu sarsılan, 
Nəvələr hicranında, dözümsüz qalan, 
Onların şöhrətinə, ömrü çatmayan 
Dağdan ağır, mötəbər, qürurlu bacim

Əzizim, yoxluğuna dözə bilmirəm, 
Bir ildir ki, hey ağlayıram, gülmürəm, 
Dərmanlar içirəm, xeyrini görmürəm, 
Təbibimsən, loğmanım sənsən, bilirəm. 

Vüqarlı, mətanətli, kişi qeyrətli, 
Ceyrangözlü bacım, hüsnün təravətli, 
İstəyirəm sənli günlərimdən yazım, 
Başlayıram, axırına çatdırmıram. 

Təzyiqim yüksəlir, çox pisləşir halım, 
Ürəyim incidir, artır ağrılarım 
Cismanım alovlanır, tüstüsüz yanır, 
Hər dəfə yazdıqlarım, yarımçıq qalır. 

29.10.2000-ci il

Hiç yorum yok:

Yorum Gönder