28 Ocak 2017 Cumartesi

Bacım ömürlük həsrətim

         Bacım ömürlük həsrətim

Varlığım bacım, ürəyim, ciyərim, canım,
Ruhumdan ayrı düşən ikinci cismanım.

Afitabım, olubsan ömürlük həsrətim,
Ruhun mənimlədir, daim olub vəhdətim.

Eşq olsun şanlı şöhrətinə-şərəfinə!
Adına, ziyalı-Əməkdar müəllimə!

Əvəz edilməzdir, mərd, qürürlu qeyrətin,
Dəyərli fədakar, fəaliyyət zəhmətin.

Azəri fəxri olan övlad yetirmisən,
Həyatda adı, izi qalandan birisən.

2015-ci il.

Əməkdar müəllimə, ziyalı bacım

Əməkdar müəllimə, ziyalı bacım


Bacim- ruhum, cismanimda varliğım,
Qeyratli balasisan, ata-anamin
Əməkdar müəllimə, ziyalı bacım, 
Kaş ki, sən yox, öləydim mən, kiçik bacın.

Əzabların, yaddaşımdan silinməyir, 
Yaşam çətinliklərin, düşüncəmdədir, 
Çəkdiyin əziyyətlər, qəlbimi didir 
Atasız, zülümlərlə, böyüyən bacım 

Qızından uzaq düşən, ruhu sarsılan, 
Nəvələr hicranında, dözümsüz qalan, 
Onların şöhrətinə, ömrü çatmayan 
Dağdan ağır, mötəbər, qürurlu bacim

Əzizim, yoxluğuna dözə bilmirəm, 
Bir ildir ki, hey ağlayıram, gülmürəm, 
Dərmanlar içirəm, xeyrini görmürəm, 
Təbibimsən, loğmanım sənsən, bilirəm. 

Vüqarlı, mətanətli, kişi qeyrətli, 
Ceyrangözlü bacım, hüsnün təravətli, 
İstəyirəm sənli günlərimdən yazım, 
Başlayıram, axırına çatdırmıram. 

Təzyiqim yüksəlir, çox pisləşir halım, 
Ürəyim incidir, artır ağrılarım 
Cismanım alovlanır, tüstüsüz yanır, 
Hər dəfə yazdıqlarım, yarımçıq qalır. 

29.10.2000-ci il

27 Ocak 2017 Cuma

ƏZİZİM ƏVƏZ ƏMİM


ƏZİZİM ƏVƏZ ƏMİM

Şair, Mayor Mustafa ağa Arifin,

Kötükcəsi.
Şıxlinski Şərif bəyin,
İki mərhum qardaşının
Əvəzi.
Şıxlinski Abdulla ağanın,
Son beşiyi, əzizlər əzizi-
Şıxlinski Əvəz əmim!
Qürbətdə uyuyan, itgin atanın-
Məğrur, dəyərli balası!
Nəslinin fəxri, görkəmli,
Nadir cərrah həkim, el anası!
Atasız böyüdün sınıqdı qəlbin,
Dözmədi, Qarabağ faciəsinə
Sənin, kövrək ürəyin.
Yaşam ömrün oldu vəfasız,
Yeddi övladını qoydun atasız,
Nakam taleli Əmim- Əzizim,
Həsrətim, həmyaşıdım-Əvəzim..

                                       1994-cü il.



      ƏZİZLƏRİM

Alim qardaşım -Şıxlinski ARİFİM,
Cərrah həkim Şıxlınski ƏVƏZ əmim,
Rahat uyuyun, şad olsun ruhunuz!
Mənim ürəyimdir yaşam yurdunuz!.

                                    1996-cü il.


23 Ocak 2017 Pazartesi

ANAM ÜRƏYİMDƏDİR


Məleykə simalı, möhtərəm iki anam,
Mən Zərəngiz qızınız, sizin balanızam.
Günəşli, aylı, ulduzlu, səmalı dünyam:
Mamam Məsumə xanım dünyaya gətirən,
Anam Güllü xanım ərisəyə yetirən.

Saniyəmdə, dəqiqəmdə ana düşünəndə,
Dübarə birlikdə həkk olursuz beynimdə,
Hər ikiniz yaşayırsız ürəyimdə.
Can əzizlərim, ayıra bilmirəm Sizi,
Balaya məhəbbətli mərhəmətinizi.

Sizi mən ananda, ömrümün hər anında,
Axan qanım şəffaflanır damarlarımda.
İsidirsiz anasız sızlayan qəlbimi,
Özümə qaytarırsız gənclik illərimi.

Minnətdaram Sizə, əziz müqəddəs anam,
Sizsiz mənə qaranlıqdır işıqlı dünyam.
Fələk çərxini fırlatsaydı keçmişlərə,
Bəxtiyar dövrana, analı illərimə.

Ana, Sizinlə dəyişdirərdim ömrümü,
Yaşamazdım həyatımda, anamsız günü.

1983-cü il. 

NƏBİ ATAMA

Ömür illərimin uşaqlıq çağı,
Keçmiş günlərimin barlı baharı,
Qaytaran olsaydı, həmin anları,
Şərif bəy atamı, Nəbi babamı.

Atam şərif bəy, dünyaya gətirən,
Nəbi bəy babam, ərsəyə yetirən,
Peyqəmbər sayağı ay Nəbi babam!
Zərəngiz qızınam öz əziz balan.

Altı yaşında yanvar tətilində,
Qonaq gələndə, Sizdə görüşəndə
Sevinən qəlbinlə, gülər gözünlə,
Bağrına basıb, əzizlədin məni.

Bəlkə çəkdiyimdən ata həsrəti,
Mən də çox bərk-bərk qucaqladım Səni.
Xalçanın üstündə dörd ayaq gəzdin,
Belində oturdub, at tək kişnədin.

Övlad tək, böyütdün atalıq etdin,
Öz Natiq oğlundan məni seçmədin.
Qayğilə saxladın oxutdun, etdin,
Mühəndis texnoloq, sonrada alim.

Ev, ailə, uşaq sahibi oldum,
Sayənizdə səadətə qovuşdum.
Ruhun şad olsun sənin! böyük insan!
Rahat yat cənnətlik, ay Nəbi atam!

1985-ci il

Valideyinlərimə

Valideyinlərimə

Həsrətin çəkdiyim müqəddəslərim,
Həyatım, varlığım, möhtərəmlərim,
Mənim əzizlərim, mənim gözlərim,
Mənə ilham verən ey atam-anam!

Mənəm öz qızınız, bu şeiri yazan,
Novruz bayramını təbrik edirəm.
Sağlamlıq xoş həyat, arzu edirəm.
Əziz-əziz qucaqlayıb, öpürəm,

1955-ci il.


20 Ocak 2017 Cuma

Qardaşım


Qardaşım

Arifim! Camalın gözümün bəbəyindədir,
Bütün həyat tərzin, beynimdə, düşüncəmdədir
Yaşayırsan qəlbimizdə, hər vaxt bizimləsən,
Qardaşım, köksümdə döyünən ürəyimdəsən!
1995-ci il.


Bacının ümidi görüşə qaldı


Allah qardaşımı əlimdən aldı,
Bacısı ölmədi yarımcan qaldı.

Sarsıldı qamətim, düşüncəm söndü,
Varlığım bir ruhsuz cismana döndü.

Tanrıya yalvardım, Allah amandı,
Ağlımı çaşdırma, dost-düşman vardı.

Bacısı son səbrini Allahdan aldı,
Ümidi qardaşla görüşə qaldı.
1995-ci il.