26 Şubat 2017 Pazar

Əzizim Məlahət yubileyin mübarək!

Aslan hünərli, kövrək qəlbli, vəfalı,
Əzizimsən, türfəsən, Hurü mələksən,
Sən kamil zəkalı, dərin dərrakəli,
Böyük gəlin, ali insan müqəddəsimsən.

Gözəl Məlahətim, sonsuz məhəbbətim,
Mübarək olsun! möhtəbər yubileyin,
Təbrik edirəm! həyatının ən şirin,
Neməti can sağlığı diləyirəm.

Sağlam və xoşbəxt keçsin ömür illərin,
Olsun doxsan yüz yaşında yubileyin,
Keçirsin həyat yoldaşın, oğlanların,
Qızın, nəvələr, nəticələrin Sənin.

22.09.2005-ci il

Natiq qardaşım, Mühəndis, Geoloq

Həm böyük balamsan, kiçik qardaşım,
Əzizim Natiqim, ciyərim-canım.
Mənimçün dahisən, müqəddəs insan,
Sənin tək, başqa şəxs, görməyib dünyam.

Görkəmin altunlu, zirvəli dağdır,
Daxilin dəryadır, geniş ümmandır,
Bacın Zərəngiz də, sənə qurbandır,
Çox böyük insansan, ay qadan alım!

Gözəl məlahətin, istəkli yarın
Sadiq, mətanətli, müdrik bir xanım,
Sevdiyim insan, qadın idealım,
Siz nadir insansız, ay qadan alım!

Qızın Güllü, bir iqballı vüqardır,
Tahirlə, Rüfət arxandır ilqardır
Yazılsa dastanlar sizə halaldır,
Qorusun, sizləri özü yaradan,
Arzumdur, Allahdan, ay qadan alım!
2000-ci il

20 Şubat 2017 Pazartesi

Məktəb rəfiqəmə

Məktəb rəfiqəmə

Nə qədər sinəmdə döyünür ürək,
Zərəngiz bacındır biləsən gərək.
Əzizim Firuzə, əzizim mələk,
İstərəm şad olaq, hər vaxt görüşək.

İncimə sən məndən, incimə pəri,
Cihazla yoxlasan əgər qəlbimi,
Görərsən özünü əzizlərimlə,
Bir yerdə qəlbimin dərinliyində.

İllər dolansa da, aylar keçsə də,
Can sıxan ayrılıq, davam etsə də,
Unutmaz bacılar, əziz olanlar,
Hər vaxt bir-birinə sağlıq arzular.

Böyük qızınız, parlaq ulduza,
Həm kiçik bacısı mavi göz qıza,
Birdə ki o qəşəng oğlanlarınıza,
İstərəm xoşbəxtlik, arzu diləyəm.
Bir daha novruzun mübarək deyəm.

1965-ci il

Ənvərlə, Rahiləyə

Ənvərlə, Rahiləyə

Könlüm arzuları, beynimdə ulduzlar tək sayrışır,
Sizin Novruz bayramınızın təbrikilə qarışır,
Odur təbriklərimi, arzularımla birgə sizə,
Hörmətli Ənvər, sevimlim Rahilə, yazıram belə:

Tərlan kimi qanad çalsın, pərvazlansın şölə saçsın!
Şair olsun Arifiniz, adlı sanlı şöhrət tapsın,
Alim olsun, hamı alsın İlhamınızdan ilhamını!
Mərhəməti nəzakəti şölələnsin Fatmanızın.

Xoşbəxtliyi əvəz etsin, parıltısın dan ulduzun.
Qoy ucalsın kosmoslara sizin əziz Qəmbər ağa!
Qoy o olsun ilk bahadur sizdən uçub gedən aya!
Son beşiyiniz, mehriban qız, sevimli əziziniz,

Boya çatıb, həkim olsun, sizin gözəl Fəridəniz,
Siz də baxın pərvazlanın, barınızdan ləzzət alın,
Balalarla birgə durun, ayrıcında şanlı yolun,
Qoşa gəzin, qoşa durun, səxavətli qoca olun!

1966-ci il


11 Şubat 2017 Cumartesi

QAYINANAM ŞAHNAZ XANIMA


QAYINANAM  ŞAHNAZ XANIMA

Muğamın “Şur” təsnifi-Şahnazdır adın,
Yetimlər anasıydın, qayğıkeş qadın,
Bəstə boy, ala gözlü, nazənin xanım.
Mən ilk görüşümdə, dedim Şahnaz ana,
Sən məni qucaqlayıb dedin: “Can bala”,

“Ayağın xoş qədəmli, uğurlu olsun”
“Evimiz nəvə, nəticələrlə dolsun”.
 Sənə ana, deməyim xoşuna gəldi,
 Dedin: ” Bala, bu istəyim-qismətimdi”, 
 “Sağ ol! hörmətin, dünya qədər bəsimdi”

 Söhbətləşirdik biz oturub bir yerdə
 Deyirdin: “ata-anasız böyümüşəm,
 Rəhmətlik əziz qardaşımın evində,
Yorulmuşam, əzab-əziyyət  çəkmişəm, 
Olub keçənləri- gələnləri başıma

Deməmişəm nə oğluma, nə qızıma
Söyləyirəm, tək gəlinim-sən qızıma”.
Onda mən, səni öpüb, basdım bağrıma.
Rahat uyu! əziz.sevimlim qayınana!
Saf ruhun şad olsun! qəbrin dolsun Hurla!

  26. 12. 1986-cı il. 

Yoldaşımın ata, anasına

Yoldaşımın ata, anasına

Möhtərəmim dədə, sevimli məmə,
Novruz bayramınız mübarək olsun!
Ömrünüz uzun, gününüz şad olsun!
Arzular, diləklər qəbul olunsun!

Gələn il bayramda artıq bir daha,
Oğul nəvənizi görək qucaqda.
Kiçik balalar da yetişsin başa,
Kamil şəxslər olsun, hər biri qoşa!

Mütalib qoy olsun, mahir sənətkar,
Onda nəzakət də, fərasət də var.
El anası həkim tək, gözəl Ofelya,
Şöhrəti yayılsın bütün dünyaya.

1963-cü il

9 Şubat 2017 Perşembe

Nəslini yaşadanlar

Nəslini yaşadanlar

Dolanıb keçir illər, neçə-neçə əsrlər,
Adı ilə yaşayır, bizim irsi əsillər.
Bütöv Şıxlı, Qazaxlı, Alkazaxlı nəsillər,
Nəhəng ağac tək, şaxələnib, zirvələnirlər.

Araşdırıb nəslin beşyüzillk tarixini,
Şərəfli zəhmətlə, aşkarlayıb tam şərhini.

Mətnini təqdim edir, əmi oğlu qardaşlar:
Tarixçi Müəmmər Kamaloğlu, al bayraqdar!
Şıxlinski Gübrüz bəy Alkazax, möhtəşəm yazar!

Bu gün nəslin bayramıdır, beşyüzillik bayramı,
Alqışlayır haqdan yaranan, "Şıxoğlun" ocağı.

Vətəndən uzaq düşən, bu nəsildən olanlar,
Qəriblikdə yad elli tək, kimsəsiz qalanlar,
Vətəninə, vətəndən həsrət ilə baxanlar.

Öz ata yurdundadır, görüşüb şadlanırlar,
Təşrif gətiriblər, ünsiyyətdə bir olsunlar.

Zaman-zaman öz dövründə yaşayan babalar,
Dəyərli əməyi ilə nəslini yaşadanlar:
Ağalar, bəylər, xanlar və mötəbər sultanlar,
Tarixçilər, məhşur şairlər, əsil yazarlar,

Döyüşlərdə qalib gələn cəsur qəhrəmanlar,
Zəkalı sərkərdələr, adı şöhrətli-şanlı,
'Artileriya Allahı' ordu generalları,
Bunlardır adlarıyla nəslini yaşadanlar:

Vəli, Şıxı, Bədrəddin, Nazar və Məmməd xanlar,
Ata, oğul, nəvə, nəticə, kötükcədir bunlar,
Nəhəng ağacın güclü kökü, ulu babalar,
Əyilməz gövdələr bitirən, nadirdir onlar.

Kötükcənin oğlu, nəvəsi və nəticəsi:
Xəlil ağa, Şıxı ağa, Məmməd ağa adlılar,
Nəticə Məmməd ağanın oğlanları:
Əhməd xan, Əli ağa, Qəhrəman ağa qardaşlar.

Bunların oğlanları:
Mustafa, Müthi, Alkazax əmi oğulları

Bunların da balaları:
Xan Əhməd, Cüri Məmməd, Ağdolaq Məmməd Ağalar.
Nəhəng gövdələrdir şaxələnən hər tərəfə
Ucalıb əyilməyən bir ağacın kökü üstə.

Cüri Məmməd ağa oğlanları:
Eyyub, Kamal, Kamil, Gülməmməd ağa qardaşlar.

Bunların əmi oğlanları:
Şıxı və Əli Kazax ağalar.
Böyük qardaş Şıxı ağanın oğulları:
Saleh, Mustafa, İsmayil, Kazım, Yaqub ağa 
Qardaşları.

Kiçik qardaş Əli Kazax ağa oğlanları:
Əli, İsmayıl, Nəsrulla ağa qardaşları.
Hacı İsmayıl ağanın iki oğlanları:
Ordu generalı Şıxlinski Əli ağa və
Məmməd ağa cəsur qəhrəmanlar atası.
Oğlanları, Şıxlinski Cavad ağa, Rüstəm bəy
Ordu generalları.

Mayor, şair Mustafa ağanın oğlanları:
Abdulla ağa, Əli ağa, nəvəsi: Şərif bəy
Nəticəsi Abdulla ağa, Hüseyin bəy

Kötükcələr:
Şıxlinski Şəruf bəy, qardaşı Şıxlinski Əvəz,
Şərif bəyin oğlu Şıxlinski Arif müqəddəs.

Kazım ağa oğlu, nəvə, nəticə, kötükcəsi:
Oğlu Yusif ağa, Cahandar ağa nəvəsi.

Nəticələr:
Şəmiddin, Şəmistan, Qiyas, Həsən ağalar
Kötükcəsi: tək ağa Cahandarov Cahandar
Budaqlardır gövdələrdə şaxələnən pillə-pillə
Ucalaraq əyilməyən bir ağacın kökü üstə.

Yeni-yeni ağa-əmi, qardaş törəmələr,
Eyyuboğullar, Abdullalar, Qiyaslar, Həsənlər,
Şəriflər, İsmayıllar, Ariflər və Əvəzlər,
Budaqlarda pöhrələrdir, gələcəkdə gövdələr.

Şıxlinski Şərif bəy qızı mühəndis-aliməm,
Nəslimin yazar-şairə qızı Zərəngizəm.
Şərəfli zəhmətçün qardaşlara minnətdaram,
Nə qədər yaşayır, nəslimlə həyatda varam.



2014- ci il


7 Şubat 2017 Salı

OĞLUM, GƏLİNİM VƏ NƏVƏLƏRİMƏ



OĞLUM, GƏLİNİM VƏ NƏVƏL

ƏRİMƏ

Havamı sən verirsən, almaq üçün nəfəsi
Yaşayıram sizinçün, verirsiniz həvəsi.
Arzu bircə balamsan, yeddi oğul əvəzi
Həyatımın bəzəyisən, gözümün bəbəyi,
Ömrümün barlı vüqarısan, ay qadan alım!

Zəkalı həm dərin dərrakəli kamalına,
Mərhəmətli, mehribanca hörmətcil canına,
Gözəl sücaətli, qəşəng hüsnü cəmalına,
Birdə ki, sevdiyim mənalı Arzu adına
Anan Zərəngiz qurban olsun, ay qadan alım!

Əzizim şirin nəvələrim, canım ciyərim,
Ey ala gözlü, kamil kamallı Məmməd-Əlim,
Mərhəmətli, həssas, kövrək qəlbli Rafaelim,
Ceyran balam, su sonası, anam-Yasəmənim.

Bəbəyim Arzu, Alina siz-oğlum gəlinim,
Balalarım, sağlığınızdır arzum diləyim.
Pərvanə tək fırlanım, başınıza dolanım,
Arxa dayağınız olsun, qadir ulu Tanrım.

Əziz oğlum, gəz bütün dünyanı diyar-diyar,
Ol, mötəbər şəxsiyyət, işgüzarlı sahibkar,
Xeyirxah Azərbaycan oğlu sıralarında
Hüzurunda baş əysin, dünyadakı varlılar.

Olsun görkəmli alim, oğlanların və qızın,
Vətəninə işıqlar saçan, ayın, ulduzun.
Xüdayə, qüdrətdən yaranıb, xilqət yaradan
Qorusun, saxlasın sizləri, xəta bəladan!

2011-ci il



Gələn gedir

Gələn gedir

Zaman gəlir, dövran gedir, keçir illər.
Gələn gedir, puça dönür ömür günlər.
Sıxır məni bu faciə qəm və kədər.
Uzaqlaşmır xəyalımdan xatirələr.

2013-cü il

Şirin xatirəli xəyal

Şirin xatirəli xəyal

Dedim, gecə nur saçan ayım-hilalımsan,
Dedin, şəfəqli günəşim-afitabımsan
Mən varlığımsan, həyatımsan dedim sənə.
Dünyam, ümman kainatımsan dedin mənə.

Dedim, sən köksümdə döyünən ürəyimsən,
Sən dedin ki, sadiq eşqim məhəbbətimsən,
Dedim ki, ömürlük səadətimsən mənim,
Dedim, gözlərimin bəbəyisən əzizim.

Hisslərinin duyöusu, o mənalı eşqin
Səndən yadigar qalıbdır, yaşadır məni,
Qüssəli keçən ömrümün Sənsiz illəri,
Hər an qəlbimin ruhunda yaşadır Səni.

5. 1. 1997-ci il


28 Ocak 2017 Cumartesi

Bacım ömürlük həsrətim

         Bacım ömürlük həsrətim

Varlığım bacım, ürəyim, ciyərim, canım,
Ruhumdan ayrı düşən ikinci cismanım.

Afitabım, olubsan ömürlük həsrətim,
Ruhun mənimlədir, daim olub vəhdətim.

Eşq olsun şanlı şöhrətinə-şərəfinə!
Adına, ziyalı-Əməkdar müəllimə!

Əvəz edilməzdir, mərd, qürürlu qeyrətin,
Dəyərli fədakar, fəaliyyət zəhmətin.

Azəri fəxri olan övlad yetirmisən,
Həyatda adı, izi qalandan birisən.

2015-ci il.

Əməkdar müəllimə, ziyalı bacım

Əməkdar müəllimə, ziyalı bacım


Bacim- ruhum, cismanimda varliğım,
Qeyratli balasisan, ata-anamin
Əməkdar müəllimə, ziyalı bacım, 
Kaş ki, sən yox, öləydim mən, kiçik bacın.

Əzabların, yaddaşımdan silinməyir, 
Yaşam çətinliklərin, düşüncəmdədir, 
Çəkdiyin əziyyətlər, qəlbimi didir 
Atasız, zülümlərlə, böyüyən bacım 

Qızından uzaq düşən, ruhu sarsılan, 
Nəvələr hicranında, dözümsüz qalan, 
Onların şöhrətinə, ömrü çatmayan 
Dağdan ağır, mötəbər, qürurlu bacim

Əzizim, yoxluğuna dözə bilmirəm, 
Bir ildir ki, hey ağlayıram, gülmürəm, 
Dərmanlar içirəm, xeyrini görmürəm, 
Təbibimsən, loğmanım sənsən, bilirəm. 

Vüqarlı, mətanətli, kişi qeyrətli, 
Ceyrangözlü bacım, hüsnün təravətli, 
İstəyirəm sənli günlərimdən yazım, 
Başlayıram, axırına çatdırmıram. 

Təzyiqim yüksəlir, çox pisləşir halım, 
Ürəyim incidir, artır ağrılarım 
Cismanım alovlanır, tüstüsüz yanır, 
Hər dəfə yazdıqlarım, yarımçıq qalır. 

29.10.2000-ci il

27 Ocak 2017 Cuma

ƏZİZİM ƏVƏZ ƏMİM


ƏZİZİM ƏVƏZ ƏMİM

Şair, Mayor Mustafa ağa Arifin,

Kötükcəsi.
Şıxlinski Şərif bəyin,
İki mərhum qardaşının
Əvəzi.
Şıxlinski Abdulla ağanın,
Son beşiyi, əzizlər əzizi-
Şıxlinski Əvəz əmim!
Qürbətdə uyuyan, itgin atanın-
Məğrur, dəyərli balası!
Nəslinin fəxri, görkəmli,
Nadir cərrah həkim, el anası!
Atasız böyüdün sınıqdı qəlbin,
Dözmədi, Qarabağ faciəsinə
Sənin, kövrək ürəyin.
Yaşam ömrün oldu vəfasız,
Yeddi övladını qoydun atasız,
Nakam taleli Əmim- Əzizim,
Həsrətim, həmyaşıdım-Əvəzim..

                                       1994-cü il.



      ƏZİZLƏRİM

Alim qardaşım -Şıxlinski ARİFİM,
Cərrah həkim Şıxlınski ƏVƏZ əmim,
Rahat uyuyun, şad olsun ruhunuz!
Mənim ürəyimdir yaşam yurdunuz!.

                                    1996-cü il.


23 Ocak 2017 Pazartesi

ANAM ÜRƏYİMDƏDİR


Məleykə simalı, möhtərəm iki anam,
Mən Zərəngiz qızınız, sizin balanızam.
Günəşli, aylı, ulduzlu, səmalı dünyam:
Mamam Məsumə xanım dünyaya gətirən,
Anam Güllü xanım ərisəyə yetirən.

Saniyəmdə, dəqiqəmdə ana düşünəndə,
Dübarə birlikdə həkk olursuz beynimdə,
Hər ikiniz yaşayırsız ürəyimdə.
Can əzizlərim, ayıra bilmirəm Sizi,
Balaya məhəbbətli mərhəmətinizi.

Sizi mən ananda, ömrümün hər anında,
Axan qanım şəffaflanır damarlarımda.
İsidirsiz anasız sızlayan qəlbimi,
Özümə qaytarırsız gənclik illərimi.

Minnətdaram Sizə, əziz müqəddəs anam,
Sizsiz mənə qaranlıqdır işıqlı dünyam.
Fələk çərxini fırlatsaydı keçmişlərə,
Bəxtiyar dövrana, analı illərimə.

Ana, Sizinlə dəyişdirərdim ömrümü,
Yaşamazdım həyatımda, anamsız günü.

1983-cü il. 

NƏBİ ATAMA

Ömür illərimin uşaqlıq çağı,
Keçmiş günlərimin barlı baharı,
Qaytaran olsaydı, həmin anları,
Şərif bəy atamı, Nəbi babamı.

Atam şərif bəy, dünyaya gətirən,
Nəbi bəy babam, ərsəyə yetirən,
Peyqəmbər sayağı ay Nəbi babam!
Zərəngiz qızınam öz əziz balan.

Altı yaşında yanvar tətilində,
Qonaq gələndə, Sizdə görüşəndə
Sevinən qəlbinlə, gülər gözünlə,
Bağrına basıb, əzizlədin məni.

Bəlkə çəkdiyimdən ata həsrəti,
Mən də çox bərk-bərk qucaqladım Səni.
Xalçanın üstündə dörd ayaq gəzdin,
Belində oturdub, at tək kişnədin.

Övlad tək, böyütdün atalıq etdin,
Öz Natiq oğlundan məni seçmədin.
Qayğilə saxladın oxutdun, etdin,
Mühəndis texnoloq, sonrada alim.

Ev, ailə, uşaq sahibi oldum,
Sayənizdə səadətə qovuşdum.
Ruhun şad olsun sənin! böyük insan!
Rahat yat cənnətlik, ay Nəbi atam!

1985-ci il

Valideyinlərimə

Valideyinlərimə

Həsrətin çəkdiyim müqəddəslərim,
Həyatım, varlığım, möhtərəmlərim,
Mənim əzizlərim, mənim gözlərim,
Mənə ilham verən ey atam-anam!

Mənəm öz qızınız, bu şeiri yazan,
Novruz bayramını təbrik edirəm.
Sağlamlıq xoş həyat, arzu edirəm.
Əziz-əziz qucaqlayıb, öpürəm,

1955-ci il.


20 Ocak 2017 Cuma

Qardaşım


Qardaşım

Arifim! Camalın gözümün bəbəyindədir,
Bütün həyat tərzin, beynimdə, düşüncəmdədir
Yaşayırsan qəlbimizdə, hər vaxt bizimləsən,
Qardaşım, köksümdə döyünən ürəyimdəsən!
1995-ci il.


Bacının ümidi görüşə qaldı


Allah qardaşımı əlimdən aldı,
Bacısı ölmədi yarımcan qaldı.

Sarsıldı qamətim, düşüncəm söndü,
Varlığım bir ruhsuz cismana döndü.

Tanrıya yalvardım, Allah amandı,
Ağlımı çaşdırma, dost-düşman vardı.

Bacısı son səbrini Allahdan aldı,
Ümidi qardaşla görüşə qaldı.
1995-ci il.


Arif Şıxlinski, Geoloq-dağ Mühəndisi


Atan, otuz beş yaşlı, Şərif bəy Şıxlinski,
Dövrünün müdrik, şöhrətli maarifçisi.
Qayğıkeş insan, qeyrət çəkən mötəbərdi,
Qılıncının dalı, qabaöı da, kəsərdi!

Keçdikcə dəyişən zaman çevrildi dövran,
Düşdü müdhiş vəlvələyə zalım hökümran.
Boğdu milləti haqsızlıq fırtınasında,
Represiya ilin cəhalət qasırğasında.

Görkəmli olan şəxslər, sayıldı müqəssir,
Aradan götürüldü minlərlə dahi, bir-bir.
Günahsız Cavidlər, Müşfiqlər, Şərif bəylər
Səbəbsiz zindana salınıb, güllələndilər.

Atasız qalanda, doğulduğun Gəncədə,
Köçdünüz, baban yaşayan Şıxlı kəndinə,
Babanın o yurdu, "Ağalıq" adlanırdı,
Münbit torpaqlı, sahəsi suvarılırdı.

Kalxoza verdilər yurdu, vurdu uçurdu,
Pambıq əkib yığmaq üçün tarlalar qurdu.
Yeksan oldu, "Ağalıq" evlər- əyaləti,
Köçürdülər başka kəndə yerli milləti.

Siz də yurdlaşdınız, bir qocanın yanında,
Onun yaşadığı dağ ətəyi salında.
Gənc anan Məsumə xanım, beş körpəsilə
Qaldınız səhrada qorxu təlaş anında.

Həyan oldu sizə o, qoca dayı paşa, 
Bir görünən dağ, otlu torpaq, bir də səma.
Bu yeni məkanda, nə su vardı nə qida,
İmkansız qalmışdı, ucqar diyarda ana.

O zaman qardaşım, sən yetişdin imdada
Tapdın qohumu, yadı, tikdirdin daxmanı.
Taxta tapılmadı, kümə qapısız qaldı,
Düşmənli gənc ana bu mənzildə yaşadı.

Əhval tutanda Nəbi ağa, Güllü xanım,
Atam-anam mənim canım, ümman cahanım.
Məsumə xanıma zamin, arxa durdular,
Üçlük düşməndən məharətlə qorudular.

Kərim müəllim yaşayan yeni məskənə
Qaranlıq gecədə köçürdülər gizlicə.
Əziz Arifim, atanın varisi qaldın,
Kiçik qayğı çəkən çətinliyə qatlandın.

Doqquz yaşından sən, anana dayaq oldun,
Bacılarına böuük ata, arxa durdun.
Dərsdən sonra kolxozda işlədin ananla,
Gecələr neft makınasının işığında...

Soyuqdan donaraq girib yorğan altına,
Oxudun, məktəb qurtardın qızıl medalla.
İnstitutu bitirdin, fərqlənmə diplomla,
Oldun nadir mütəxəssis, Dağ Mühəndisi.

Gəzdin Azəri yurdunu, sən qarış-qarış
Bütün mövcud fəsillərdə- Yaz, Yay, Payız, Qış.
Kəşfiyyat işlərini çox sevdiyin üçün,
Sinə gərdin, çıxan çətinliklərə bütün.

Yoxladın yer altındakı, sərt suxurları,
Öyrənib aşkar etdin, çox neftli layları,
Üst-üstə lay görkəmini, olduğu kimi,
Öz kitabında bəyan etdin tərtibini.

Mahir alim kimi, geoloq tədqiqatçı,
Azərbaycan Ali Sovet, "Fəxri fərmanı",
"Əməkdar mühəndis", "Əlaçı Neftçi" adını,
Şərəflə qazandın, zirvələrə yol saldın,
Azərineft Baş Geoloq rütbəsinə ucaldın

Qadir balalar böyütdün özünə layiq
Dərin dərrakəli, kamil, əməli saiq
Övladlarını oxutdun, yetirdin, etdin
Sadiq görkəmli alim, mühəndis və həkim.

Şanlı toylar etdin, bir-birinin dalınca,
Hüdüdlandı sevinc, ay-ulduza çatınca.
Doğuldular nəvələr, təkrar baba oldun,
Həqiqi mənada, xoşbəxtliyə qovuşdun.

Sən nəvələri, nəvələr də sevdi səni
Lakin taledən qismətin, ata həsrəti,
Atanın məhəbbəti, atanın istəyi
Beynində həkk oldu, qaldı, izi itmədi.

Bütün ömrün boyunca, atanı gözlədin,
Ata-baba oldun, yenə ata istədin.
Hicrana dözmədin, həsrətlə daim andın
Özün sevinclər içində, kövrəkcə qaldın
Sadəcə təlaşdan həyatla vidalaşdın.

Azəri kəşfinə yadigar olub, qalan
Kitabın oxunacaqdır, hey zaman-zaman.

Sənin düşünən beynin, yazan əllərin,
Çox oxucularla birgə, yaşayacaqdır.
Daim, qəlbində qalacaq əzizlərinin,
Çox illər, qərinə, əsirlər, yad olacaqdır.

1995-ci il. 

15 Ocak 2017 Pazar

Fəxrimiz



Möhtərəm yazıçı, ismayıl Şıxlı!
Sizi təbrik edir öz xalan qızı.
Arzumdur hər vaxtı sağlam olasız!
Ən azı bir əsri başa vurasız.
Bu günkü görkəmdə, cavan qalaraq
Nəvənin toyunda büsat qurasız.

1989-cu il.

Əzizim İsmayıl Şıxlı

Real insanların istəyi olan,
    Vüqarlı, təmkinli, ideal insan!
      Böyük məharətlə yazdığın əsər:
      "Dəli kür" romanı oxuyan bəşər,
 Əbədi şöhrəti sizə bəxş edər!
1968-ci il.


Nakam Məhəbbətli




Vəfalı, ideal, müqəddəs qadın
Arifin anası, Məsumə xanım,
Ömrünün qırx dörd ilin, yol gözlədi,
İtgin Şərifindən xəbər gəlmədi.
Sevgilisi güllələnib, bilmədi.
Öldü, sığandı gözlər, örtülmədi,
Gilələr, yenə də yol gözləyirdi.
1982-ci il.

Arifim


Qurbətdə uyuyan, ata-babanın,
Zindandan yox olan, cavan atanın,
Məhəbbəti nakam, gəlin ananın,
Məşəqqət anları, zülmət günləri
Səfalətlə keçən, ağır illəri,

Ata gözləməyin, ata həsrətin,
İçimdən hönkürən, nalə qaldırır.
Dillə səsləndirib, məni ağladır
Namərd taleinizə çox acıyıram,
Lay-lay çalıb, oxşayır ağlayıram.
 1995- ci il

13 Ocak 2017 Cuma

Əzəmətlidir Vətənim



Əzəmətlidir Vətənim

Mənim möhtərəmim, ömur-gün vəhdətim!
Xəyalət aləmi, füsunkar vətənim!
Eşqinlə döyünür köksümdə ürəyim
Zəfərin sevincimdir, qəmin kədərim.

Günəşli gündüzüm, aylı axşamımsan,
Ulduzları sayrışan, mavi səmamsan,
Əzizim-anam, elim, obam, dünyamsan,
Torpağım, suyum, nəfəs verən havamsan.

Unudulmaz, sevimli müqəddəs, vətən!
Möhtəşəmsən ilahinin qüdrətindən!
Zəngin sərvətlisən çox əzəmətlisən,
Günəş də, ziynətindir şəfalısan sən!

Allah qorusun daim sən vətənimi!
Müdrik sərkərdəli, müstəqill dövlətini!
Zəfərli orduyla, zəkalı millətini,
Ölməz dahilər yetirən məmləkətini!

Qüdrətli, fəxrli, yüksək şan-şöhrətini,
Zəngin olan nemətli səltənətini,
Həm ölkələr arası səxavətini,
Düşməni tam məhv etmək məharətini!

O göydəki mələklər, sırdaşın olsun!
Səmada əsgərin, keşiyində dursun! 
Qismətin olmasın, nə tufan, nə boran,
Sarsıntı, nə qorxu, nə müdhiş həyəcan!

Başın üstündə dursun hər an, sayrışan,
Aylı, ulduzlu, şəfəq saçan asiman!
Torpağın çox bərəkətli, suyun, havan,
Saf, mavi səman nurlu olsun, hər zaman!

Bil, zəfərli qələbə sənin olacaq,
Kül olub düşmən, havaya sovrulacaq.
Özünə qayıdacaq gözəl Qarabağ,
Quduzlar çəngəsindən, o ulu torpaq.

Səndə olan əzəmətli varlıqları:
Saysız-hesabsız, uca sıra dağları,
Dağlar arası dərələri, çayları,
Əsrarəngiz şəlaləli aşrımları,

Seyrəngah aləm səfalı yaylaqları,
Mərcan gözlü sərin, çeşmə bulaqları,
Torpaq suvaran, vətənin qan damarı
Əyalət bəzəyi- Kürü, "Xan" Arazı,

Billür çeşməli, göy gözlü, güzgü üzlü,
Səfalı, adı "Göllər Şahı" Göygölü,
Xub-xumarlanan ahular məskənində
Maral gölü, çox uca dağ zirvəsində.

Altun xəzinəli, möcüzə Xəzəri,
Qədim, həm yeni memar abidələri,
Münbit torpaq altındakı sərvətləri,
Yeddi iqlimini, qartal qamətini,

İstədim bəyan edim ümman cahana,
Əzamətni bildirim, aləm dünyaya,
İlhama gələrək, qələmimi aldım
Vətənimi təsvir edən dastanı yazdım.

Vətənim, Azərbaycan mahlıdır:
Çox qədimdəndir, "Odlar Yurdu" adlanır.
Coğrafi görkəmi, uçan qartal kimi,
Xəzərindən zövq alan, məğrur Tərlandır.

Abşeron yarım adası, Qartal başı,
Xəzinədir, "Qara Qızıl"-lı çeşmədir.
Bakı uzaq görən gözünün bəbəyi,
Vətənin ürəyi, paytaxt şəhəridir.

Pirşağı, Bilgəh, Maştağa və Mərdəkan,
Buzovna, Zirə, Şüvəlan, Kürgan, Türkan
İstirahət, həm sağlamlıq ocağıdır,
Vətənim nur saçan, şəfa çırağıdır.

Xəzərin uzaq sahilində siması,
Sankı birləşib, asimanla səması.
Həzin, aramsız dalğaların sədası
Sahillə öpüşən ləpələr laylası,

İsti Günəşin şəfəq saçan şüası,
Sahilin düzənliyi, qumlu səhrası.
Xəyallar dəryasıdır, ömrün şəfası,
Düyğular aləmidir, cənnət dünyası.

Fırtınalardan, qasırğadan qoruyan,
Şimaldan başlayaraq, şərqə uzanan,
Mabədi, Xəzərdə qayalar yaradan,
Yan silsiləsi, Beşbarmaqla qurtaran,

O böyük Qafqazın, səmaya ucalan,
Şımal yüksək Şah dağı, buzlaqlı, qarlı.
Dik yamaclı, uçrum sıldırım qayalı,
Yanında, zirvəli Bazar düzü dağı,

Baba dağ, Ilxı dağ, üç qola ayrılan
Abşerona çatan dağ, Dübrar dağları,
Qartalın sol qoludurlar, sol qanadı
Xəta-bəladan qoruyan xilaskarı.

Bu böyük Qafqazın yan silsiləsinin,
Alp çəmənləri, yam-yaşıl meşələri,
Saysız-hesabsız heyvanlar, quş növləri,
Təbii sərvətdir, vətənin bəzəyi.

Cənubi şərqdə Xəzərilə birləşən,
Bir-birilə perpendikulyar kəsişən
Görkəmi şahmat taxtasına bənzəyən
Dərələri yaradan beş silsilədən,

Nisbətən zirvəli, Qızlar yurdu dağı,
Meşəsi sehirkarlı, Talış dağları,
Bütövlüklə Lənkəran sahə dağları,
Ovalığı, Salyan düzü, Muğan düzü.

Qızıl Ağac gurdu, Qızıl Quş qoruğu,
Lənkəran cənubunda Qırgan qoruğu,
Qartalın sağ qoludurlar, sağ qandı
Xəta-bəladan qoruyan xilaskarı.

Meşəsi dəmir ağac, quşlu pələngli,
Mülayim iqlimli, isti rütubətli.
Subtropik-meyvələr mənbəyi, al-əlvan,
Qiymətli nemətlər sərvətli, Lənkəran.

Qərbdən cənuba tərəf kiçik Qafqazın
Gənc maralın pöhrə verən buynuzu tək,
Biri alçaq təpəli, o biri yüksək
Uca sıra dağların görnuşu nəhəng,

Şah dağı, onun davamında Murov dağı,
İki başlı Hilal dağı, həm Pant dağı,
Keçəl dağ, Şəkər Bəy dağı, Qoşqar dağı,
Qarabağın kəsişən sıra dağları.

Çaxmaq, Sağsağan, Oxaxpyur həm Mıxtökən,
Dağların arası Qarabağ yaylası,
Qartalın dayaqları, ayaqlarıdır,
Göyçə dağı ilə Zəngəzurun dağı,

Bərgüşad, Mehrigüney sıra dağları,
Vətənim qartalımın caynaqlarıdır,
Qərbindən, şimali-şərqindən qoruyan
Naxcıvanın tam mühafizəkarıdır.

Böyük Qafqazın cənub ətəklərinin,
Kiçik Qafqazın da cənubi-şərqinin,
Talış dağları Lənkəran sisteminin
Aralarında qalan qərb sərhəddindən

Şərqə uzanaraq Abşerona çatan,
Ardıcıl olan, sıra ilə yurdlaşan
Qərbdən şərqə, Ceyran çölü, Qarayazı,
Maral düzü, həm Kür-Araz ovalığı

Qarabağ düzü, Şirvan düzü, Mildüzü
Çaylar arası dərələri, gölləri
Ağ göl, Sarı su, Hacıqabul gölləri
Çox düzlərlə kəsişən silsilələri

Ləngəbizi, Harami, Mişov dağları
Ələtin tirəsi və Qobustan dağı
Bəzəkli turacla, dovdaqlı meşələr
Kiçik- alçaq təpələr, çalalar, düzlər


Çox cazibəli, nadir memar ahəngli,
İçəri şəhərdə Şirvanşahlar evi.
Bakıdakı əfsanəvi Qız qalası,
Suraxanı "Atəşgah" ibadətgahı.

Millətinin dərdilə alışan, yanan
Üsyankar poeziyası, yandıran, yaxan.
Dahi Ələkbər Sabir Tahirzadəni,
Yad edən Yeddi kümbəzli abidəsi.

Sınıq Qala məscidinin minarəsi
Qala divarı, darvazalı qülləli,
İbrahim xanın qalası, Pənah xanın
Körpü, hamamı, memarlı imarəti,

Füzuli ətrafında, yaxın obası,
Sığınacaq qədim insanlar yuvası.
Divarları ərpli Azıx mağarası,
Kümbəz məqbərəsi Əhmədalıdakı

Yezid-abad qalası Naxcıvandakı,
Ata-baba Möminə-Xatun kümbəzi,
Siyəzəndə Gilgil çay astanasında
Hərbi memarlı, Çırax qala, qalası,

Divarı dik zirvəli, on üç qülləli,
Qala, sıldırım qayalar əhatəli
Olduğundan, İsgəndər ala bilmədi,
Nəhəng, sırf hərbi memarlı abidədi.

Dünya durduqca keçəcək illər, əsrlər,
Bu görkəmli əfsanəvi abidələr,
Vətənimin qədimliyindən bəhs edəcək,
Saf, möhtəşəm varlığını göstərəcək.

Quruda çeşməli buruqlar meşəsi,
Dənizində Neftdaşlarının çeşməsi,
"Qara qızıl" fantan vurur, guruldayır
Yağı düşmənlər canına lərzə salır.

Gəncə yaxınlığında laylardan çıxan,
Şəfası dünyada birinci yer tutan.
Min bir dərdə dərman olan Naftalan,
Misilsiz ziynət, bəxş olunub Tanrıdan.

Qara-qırmızı kürülü nadir nemət,
Qızıl, ağ balıqlar, dərdlərə dərman tək,
Daim dalğalı dəniz, mavi Xəzərin
Altunlu sərvətidir xəzinəsinin.

Çox zəngin tərkibli, Hidrogen Sulfidli,
Lap Lənkəran, Masallı, Astara tipli
Yel dərdinin dərmanı, şəfa ocağı
Dəniz sahilində, Şıx, mədən bulağı.

Boyük Qafqazın ətraf yamaclarında,
İlisu, Xalxal, Bum, Qonaqkənd, Qubada
Mədən suları, həm vulkan palçıqları
Həyata qaytarır zəlil insanları.

Dəstəfur, Daşkəsən yer-lay suxurları,
Kobaltlı, Dəmir filizi yataqları
Zəylik yatağı, həm Alunit dağları
Kəlbəcər filizi, kükürd kolçedanı

Mis, Maqnezium, Xrom, Manqan metalları,
Naxçıvanın bol mərgümüşü, kükürdü.
Bozalt, mərmər tək inşaat əşyaları
Faydalı çöküntü dadlı daş duzları.

Badamlı, Sirab tək, mineral suları
Balakənddə Qurğuşum, Sink yataqlarl
Nadir Titan, Vanadium metalları
Ziynətilə zəngindir vətən torpağı.

Ey əzizim, körpə müstəqill vətənim!
İllər keçib, böyüdükcə sərbəstliyin
Qabaqcıl aparıcıya çevriləcəksən
Ölkələrin önündə, Sən gedəcəksən!

Yaşa! Sən ey Vətənim, durduqca dünya!
Kainat qoynunda, bol əsrlər boyunca.
Bayrağın dalğalansın daim vüqarla
Zövqlə yaşasın xalqın, tam iftixarla!

Səməd Vurğun, İsmayıl Şıxlı kimi
Dahilər yetirən, Qazax mahalını
Üç dövlət ayrıcı, xallı, xalçalı
Məskənim Qazağımı, qorusun Tanrı.

1990-cı il.