20 Ocak 2017 Cuma

Arif Şıxlinski, Geoloq-dağ Mühəndisi


Atan, otuz beş yaşlı, Şərif bəy Şıxlinski,
Dövrünün müdrik, şöhrətli maarifçisi.
Qayğıkeş insan, qeyrət çəkən mötəbərdi,
Qılıncının dalı, qabaöı da, kəsərdi!

Keçdikcə dəyişən zaman çevrildi dövran,
Düşdü müdhiş vəlvələyə zalım hökümran.
Boğdu milləti haqsızlıq fırtınasında,
Represiya ilin cəhalət qasırğasında.

Görkəmli olan şəxslər, sayıldı müqəssir,
Aradan götürüldü minlərlə dahi, bir-bir.
Günahsız Cavidlər, Müşfiqlər, Şərif bəylər
Səbəbsiz zindana salınıb, güllələndilər.

Atasız qalanda, doğulduğun Gəncədə,
Köçdünüz, baban yaşayan Şıxlı kəndinə,
Babanın o yurdu, "Ağalıq" adlanırdı,
Münbit torpaqlı, sahəsi suvarılırdı.

Kalxoza verdilər yurdu, vurdu uçurdu,
Pambıq əkib yığmaq üçün tarlalar qurdu.
Yeksan oldu, "Ağalıq" evlər- əyaləti,
Köçürdülər başka kəndə yerli milləti.

Siz də yurdlaşdınız, bir qocanın yanında,
Onun yaşadığı dağ ətəyi salında.
Gənc anan Məsumə xanım, beş körpəsilə
Qaldınız səhrada qorxu təlaş anında.

Həyan oldu sizə o, qoca dayı paşa, 
Bir görünən dağ, otlu torpaq, bir də səma.
Bu yeni məkanda, nə su vardı nə qida,
İmkansız qalmışdı, ucqar diyarda ana.

O zaman qardaşım, sən yetişdin imdada
Tapdın qohumu, yadı, tikdirdin daxmanı.
Taxta tapılmadı, kümə qapısız qaldı,
Düşmənli gənc ana bu mənzildə yaşadı.

Əhval tutanda Nəbi ağa, Güllü xanım,
Atam-anam mənim canım, ümman cahanım.
Məsumə xanıma zamin, arxa durdular,
Üçlük düşməndən məharətlə qorudular.

Kərim müəllim yaşayan yeni məskənə
Qaranlıq gecədə köçürdülər gizlicə.
Əziz Arifim, atanın varisi qaldın,
Kiçik qayğı çəkən çətinliyə qatlandın.

Doqquz yaşından sən, anana dayaq oldun,
Bacılarına böuük ata, arxa durdun.
Dərsdən sonra kolxozda işlədin ananla,
Gecələr neft makınasının işığında...

Soyuqdan donaraq girib yorğan altına,
Oxudun, məktəb qurtardın qızıl medalla.
İnstitutu bitirdin, fərqlənmə diplomla,
Oldun nadir mütəxəssis, Dağ Mühəndisi.

Gəzdin Azəri yurdunu, sən qarış-qarış
Bütün mövcud fəsillərdə- Yaz, Yay, Payız, Qış.
Kəşfiyyat işlərini çox sevdiyin üçün,
Sinə gərdin, çıxan çətinliklərə bütün.

Yoxladın yer altındakı, sərt suxurları,
Öyrənib aşkar etdin, çox neftli layları,
Üst-üstə lay görkəmini, olduğu kimi,
Öz kitabında bəyan etdin tərtibini.

Mahir alim kimi, geoloq tədqiqatçı,
Azərbaycan Ali Sovet, "Fəxri fərmanı",
"Əməkdar mühəndis", "Əlaçı Neftçi" adını,
Şərəflə qazandın, zirvələrə yol saldın,
Azərineft Baş Geoloq rütbəsinə ucaldın

Qadir balalar böyütdün özünə layiq
Dərin dərrakəli, kamil, əməli saiq
Övladlarını oxutdun, yetirdin, etdin
Sadiq görkəmli alim, mühəndis və həkim.

Şanlı toylar etdin, bir-birinin dalınca,
Hüdüdlandı sevinc, ay-ulduza çatınca.
Doğuldular nəvələr, təkrar baba oldun,
Həqiqi mənada, xoşbəxtliyə qovuşdun.

Sən nəvələri, nəvələr də sevdi səni
Lakin taledən qismətin, ata həsrəti,
Atanın məhəbbəti, atanın istəyi
Beynində həkk oldu, qaldı, izi itmədi.

Bütün ömrün boyunca, atanı gözlədin,
Ata-baba oldun, yenə ata istədin.
Hicrana dözmədin, həsrətlə daim andın
Özün sevinclər içində, kövrəkcə qaldın
Sadəcə təlaşdan həyatla vidalaşdın.

Azəri kəşfinə yadigar olub, qalan
Kitabın oxunacaqdır, hey zaman-zaman.

Sənin düşünən beynin, yazan əllərin,
Çox oxucularla birgə, yaşayacaqdır.
Daim, qəlbində qalacaq əzizlərinin,
Çox illər, qərinə, əsirlər, yad olacaqdır.

1995-ci il. 

Hiç yorum yok:

Yorum Gönder